Qidalar nə qədər vaxta həzm olunur?

Diyetoloqlar qida qəbulu ilə meyvə qəbulu arasında həmişə 2-4 saat fasilə verilməsini məsləhət görürlər.

Burada məsələ heç də onların dada görə uyğunluğunda yox, həzm müddətinin müxtəlifliyindədir. Mədə-bağırsaq sistemi qarışıq qidaların öhdəsindən çətinliklə gəlir. Qarışıq qidalar mədədə bərkiyir, turşumağa və qıcqırmağa başlayır, qarında narahatlığa və köpə səbəb olur. Nəticədə tədricən orqanizmdə sağlamlığa mənfi təsir edən şlaklar və toksinlər yığılır.

Xoşagəlməz hallarla üzləşməmək üçün xörəklərin hazırlanması zamanı təxminən eyni vaxtda həzm olan məhsullardan istifadə etmək lazımdır.

Su birbaşa bağırsağa daxil olur, tərəvəz bulyonu 15-20 dəqiqəyə, meyvə suyu 15-20 dəqiqəyə, giləmeyvə 20 dəqiqəyə, qreypfrut, portağal və üzüm 30 dəqiqəyə, çiy tərəvəzlər və yağsız salatlar 30-40 dəqiqə, armud, alma, albalı və şaftalı 40 dəqiqəyə, kələm, qarğıdalı, qabaq və yumurta 45 dəqiqəyə, cəfəri və yerkökü 1 saata qədər, balıq 1 saata, nişasta tərkibli tərəvəzlər 1,5-2 saata, paxlalı bitkilər və sıyıq 2 saata, süd məhsulları 2 saata, quş əti 2,5-3 saata, günəbaxan, balqabaq və fındıq 3 saata, quzu və mal əti 4 saata həzm olur.//AzərTAC

DİGƏR XƏBƏRLƏR

Top