ÜST beynəlxalq fövqəladə vəziyyət rejimini daha 3 ay uzatdı


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus epidemiyasının hələ uzun müddət davam edəcəyi qənaətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Komitəsinin şənbə günü keçirilən iclasında bildirilib. Komitə nümayəndələri pandemiyanın beynəlxalq narahatlıq üçün fövqəladə bir vəziyyət olaraq qaldığını hesab edirlər.

İclasda koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılmasına qərar verilib. Mütəxəssislər üç aydan sonra növbəti dəfə pandemiya ilə bağlı vəziyyəti qiymətləndirəcəklər.

Ən son məlumatlara görə, dünyada 17,3 milyondan çox insan koronavirusa yoluxub, onlardan 675 mindən çoxu ölüb. Ötən gün ərzində 289 min insana COVID-19 diaqnozu qoyulub, altı mindən çox insan həyatını itirib.

DİGƏR XƏBƏRLƏR

Top