Ağstafada avtomobil körpüdən aşıb - Xəsarət alan var


Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi olub.
Yeniavaz.com
report-a istinadən xəbər verir ki, hadisə rayonun Poylu kənd yolunda qeydə alınıb.
Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb.
Qəza nəticəsində nəqliyyat vasitəsinin sürücüsü, Ağstafa rayon sakini, 1973-cü il təvəllüdlü Elçin Qəmbərov xəsarət alıb.
Yaralı xəstəxanaya aparılıb, vəziyyətinin kafi olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top