![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2020/6/15/1/d657f4a5-e516-4250-a21c-20e09390bfec/koronavirus-covid-tebib-xestexana.jpg)
Azərbaycanda koronavirus infeksiyasına 318 yeni yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 31 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib, aktiv xəstə sayı 5548-dir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7789, ötən müddət ərzində isə ümumilikdə 724 953 test aparılıb.
![](https://qafqazinfo.az/uploads/1596196938/115740750_1657375121085728_241225913875337327_n.jpg)