Sumqayıt sakini yük maşınının altında qalaraq ölüb


Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib.

Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. 

 “ZİL” markalı yük maşınının sürücüsü nəqliyyat vasitəsini arxaya verərkən ehtiyatsızlıqdan yol kənarında duran 1965-ci il təvəllüdlü Rüstəmov Ələddin Ağarəşid oğlunu vuraraq onun üstündən keçib. 

55 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.//APA

DİGƏR XƏBƏRLƏR

Top