“Azərbaycanın səfirlik və konsulluqları qeyri-siyasi fəaliyyət göstərməlidir” - Hüquqşünas


"Bizim səfirliklər, konsulluqlar hökumətlə, dövlət və cəmiyyət arasındakı münasibətlərini ayırmağı bacarmalıdırlar. Azərbaycanı xaricdə təmsil edən bu qurumlar oradakı azərbaycanlı icmalarla ünsiyyət qurarkən onları pro-hökumət vektorundan vurmamalıdır".
Yeniavaz.com
xəbər verir ki, bu fikirləri “Çarpaz sorğu” verilişində hüquqşünas Fərhad Mehdiyev səsləndirib. F.Mehdiyev səfirlik və konsulluqların fəaliyyətlərinin qeyri-siyasi olmasının vacibliyindən danışıb:
"Səfirlik və konsulluqların əvvəlki fəaliyyətində məqsədyönlü və ciddi siyasət apardıqlarını düşünmürəm. Bunun səbəblərini sizə deyə bilərəm. Bizim səfirliklər, konsulluqlar hökumətlə, dövlət və cəmiyyət arasındakı münasibbətlərini ayırmağı bacarmalıdırlar. Azərbaycanı xaricdə təmsil edən bu qurumlar oradakı azərbaycanlı icmalarla ünsiyyət qurarkən onları pro-hökumət vektorundan vurmamalıdır. Çünki onları pro-hökumət vektorundan vursalar yerli icmalarda insanlar ümumiyyətlə onlarla qaynayıb-qarışmayacaqlar. Bizim orda olan həmvətənlərimiz var ki, xaricə siyasi sığınacaq alaraq gediblər. Amma bu insanlar orada Azərbaycan mədəniyyətinin daşıyıcılarıdır. Həmin ölkədə müəyyən vəzifələr daşıya bilərlər. Müəyyən yerlərə gəlib çıxa bilərlər. Onlardan lobbiçilik, diaspora fəaliyyətində istifadə olunmalıdır. Ona görə də səfirlik və konsulluqların fəaliyyəti qeyri-siyasi olmalıdır. Daxili siyasətdən uzaq durmalıdırlar. Siyasətlərini bu şəkildə qursalar orada daha çox insanı qucaqlaya bilərlər. Xaricdə yaşayan azərbaycanlılar daha demokratik görüşlü olurlar. Çünki yaşadıqları cəmiyyətlər demokratik cəmiyyətdir".

DİGƏR XƏBƏRLƏR

Top