Suriyada Aya Sofiyanın eynisi inşa ediləcək


Suriyada Aya Sofiyanın eynisi tikilərək kilsə kimi istifadə olunacaq.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, kilsənin Hama şəhərində pravoslav icmasının sıx yaşadığı Sukaylebiye rayonunda tikilməsi planlaşdırılır.
Yeni Aya Sofiyanın tikilməsi üçün əvvəlcə Hama Yunan Pravoslav Yepiskopu Nikolos Baalbakidən izin alınıb. Bundan sonra ideya Suriyada yerləşən Rusiya ordusu səlahiyyətlilərinə təqdim olunub. Digər tərəfdən, kilsənin inşa ediləcəyi yerdə işlərin başladığı bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top