Azərbaycan-Türkiyə birgə təlimlərinin birinci mərhələsi keçirilir - VİDEO


Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi keçirilir.

Müdafiə Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, plana uyğun olaraq mövcud vəziyyət qiymətləndirilir, döyüş tapşırıqları dəqiqləşdirilir, real şəraitdə ərazinin kəşfi aparılır.

Müvafiq məruzələr dinlənildikdən sonra, təlimə cəlb edilən qoşunların qəbul olunan qərara əsasən tətbiqi üzrə tapşırıqlar ərazidə aydınlaşdırılır.


DİGƏR XƏBƏRLƏR

Top