Türkiyənin vitse-prezidenti: "Qardaş Azərbaycanla əməkdaşlığımızı davam etdirəcəyik"


"İstənilən vaxt və istənilən şəraitdə qardaş Azərbaycanla əməkdaşlığımızı davam etdirəcəyik".

Yeniavaz.com xəbər verir ki, bu sözləri öz “twitter” hesabında Türkiyənin vitse-prezidenti Fuat Oktay qeyd edib. Bundan başqa vitse-prezident iki ölkənin Azərbaycanda keçirdiyi hərbi təlimlər barədə də yazıb. O, öz hesabında Türk-Azərbaycan hava və quru qoşunlarının Azərbaycanda keçirdiyi genişmiqyaslı hərbi təlimlərə başlandığını da vurğulayaraq, bundan sonra da Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olacağını qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top