Türkiyədə müəllim BMW-sini şagirdinə hədiyyə etdi - VİDEO/FOTO


Ankarada təsisçisi olduğu tədris mərkəzində riyaziyyat müəllimi işləyən İlker Nafile tələbəsi Gürkan İnala verdiyi sözü yerinə yetirib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, müəllim, tələbəsinə imtahanda birinciliyi əldə edəcəyi təqdirdə maşınını ona verəcəyini deyib. 
Türkiyə Ali Təhsil Müəssisələrinə keçirilən imtahanda əsas ixtisas imtahanında birincilik əldə edənlərdən biri də 18 yaşlı İnal olub. Bu səbəbdən də müəllim öz avtomobilini ona hədiyyə edib.
Avtomobilini hədiyyə edən İlkər Nafilə: “Şagirdlərim arasında Türkiyə birincisini görmək 19 illik xəyalım idi. İnal da dərslərdən gec çıxdığı üçün maşınımın açarını uzadaraq, “Əgər birinci olsan, maşınım sənindir!” deyərək ona motivasiya verməyə çalışmışdım. Onun birinci olmaq xəbəri eşidəndə həqiqətən ağladım".

DİGƏR XƏBƏRLƏR

Top