Marneulidə 15 yaşlı qızı qaçıranlar saxlanıldı


Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda yeniyetmə qızı evlənmək məqsədilə qaçırmaqda ittiham olunan üç nəfər saxlanılıb.
Yeniavaz.com
report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən olunub ki, 1995, 1998 və 1988-ci il təvəllüdlü saxlanılan şəxslər Marneulinin kəndlərindən birində yaşayan 15 yaşlı qızı qanunsuz olaraq azadlıqdan məhrum ediblər. Yeniyetmənin zorlandığı qeyd olunub. Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxsləri 7 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top