Yaponiyada nazirin mühafizə xidmətində COVID-19 təlaşı yaşanıb

 
Yaponiyanın Müdafiə naziri Taro Kononun mühafizə xidmətində olan bir polisin COVID-19-a yoluxduğu açıqlanıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, polisin ilk COVID-19 testi neqativ çıxıb.
Tokio polis idarəsindən verilən məlumata görə, mühafizə polisində xəstəliyin göstəriciləri qızdırma ilə ortaya çıxıb. Bundan sonra polis Polimeraza Zəncirvari Reaksiya (PCR- bu nümunə, elm adamlarına çox kiçik bir DNT nümunəsi götürməyə və onu ətraflı öyrənmək üçün kifayət edən üsuldur) testi edilib. Test nəticəsi poztiv çıxan işçinin virusa necə və harada yoluxduğu bilinmir.
Hadisədən sonra nazirə də PCR testi edilib. Nəticəsi neqativ çıxıb. Bundan əlavə Kono ilə birgə işləyən digər işçilərdə də virus aşkarlanmayıb və onların öz işlərinə davam edəcəkləri bildirilib.
Ümumilikdə ölkədə bu vaxta kimi 30 min 961 nəfər koronavirusa yoluxub. 998 nəfər dünyasını dəyişib. 22 min 811 nəfər sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top