Belarusiya Prezidenti Lukaşenko koronavirusa yoluxub


Belarusiyanın Prezidenti Aleksandr Lukaşenko yeni növ koronavirusa yoluxub.
Yeniavaz.com
“Kommersant”a istinadən xəbər verir ki, Aleksandr Lukaşenko, özü COVID-19-a yoluxduğunu və xəstəliyi simptomsuz keçirdiyini bildirib.
O, Daxili İşlər Nazirliyinin nəzdində olan hərbi hissəni ziyarət etdiyi vaxt həmçinin diqqətə çatdırıb ki, ölkədə əhalinin 97 faizi bu virusu simptomsuz keçirir.
Qeyd edək ki, Lukaşenko pandemiya başladığı vaxt sərtləşdirilmiş karantin rejiminə qarşı çıxmışdı.
Son rəsmi məlumatlara görə, respublika ərazisində 67,3 min nəfərdə COVID-19 aşkarlanıb. 543 nəfər isə ölüb.

DİGƏR XƏBƏRLƏR

Top