Hacı Beyləqanski 19 il azadlıqdan məhrum edildi


Moskvada Hacıbaba Talıbxanlıya (Hacı Beyləqanski) hökm oxunub.
Yeniavaz.com xəbər verir ki, Hacı Beyləqanski 19 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bu barədə Rusiya İstintaq Komitəsinin regional şöbəsinin rəsmi nümayəndəsi Yulia İvanova açıqlama verib.
İstintaqın məlumatına görə, 19 aprel 2012-ci ildə etnik cinayətkar qrupun üzvü kimi H.Beyləqanski rəqib qrupun üzvü və qadın tanışının olduğu avtomobilə bir neçə atəş açıb. Kişi aldığı yaralardan ölüb, qadın isə reanimasiyaya yerləşdirilib. "Lenta.ru"nun əldə etdiyi məlumata görə, öldürülən şəxs Aslan Usoyanın (Ded Xasan) tərəfdarı İlqar Əliyev olub.

İstintaq çərçivəsində müəyyən edilib ki, təqsirləndirilən şəxsin cinayəti törətməsinə əsas səbəb kriminal aləmdə statusunu möhkəmləndirmək istəyi olub. İstintaq təqsirləndirilən şəxsin cinayətdə iştirak etməsi barədə təkzibolunmaz dəlillər əldə edib. Məhkəmə hökmü münsiflərin qərarı əsasında verilib. Hacı Beyləqanski cəzasını ciddi rejimli koloniyada çəkəcək.

Qeyd edək ki, 13 iyun 2018-ci ildə, Xacibaba Talıbxanlının, mümkün hücumlardan qorunması üçün Moskvadakı yeganə qadın istintaq təcridxanasına yerləşdirildiyi bildirilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top