İranda yanacaq tankerlərində partlayış olub - VİDEO


İranın Kirmanşah əyalətində dayacaqdakı yanacaq tankerlərində partlayış baş verib.
Yeniavaz.com “İHA”ya istinadən xəbər verir ki, bu barədə Kirmanşah əyaləti üzrə fövqəladə halların idarəedilməsindən məsul olan Cəlil Balayi məlumat verib. Onun sözlərinə görə, yanğınsöndürmə briqadaları yanğının qarşısını ala bilib.
Bir neçə nəfərin yanğın zamanı xəsarət aldığı bildirilib.
Partlayışın hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top