Malayziyanın keçmiş Baş naziri külli miqdarda pul mənimsəməkdə günahlandırılır


Malayziya İctimai İnkişaf Fondunun korrupsiya istintaqı çərçivəsində mühakimə olunan keçmiş Baş naziri Nəcib Rəzzak külli miqdarda Malayziya ringgitini (pul vahidi) mənimsəməkdə günahlandırılır.
Yeniavaz.com
“İHA”ya istinadən xəbər verir ki, keçmiş Baş nazirə qarşı irəli sürülən ittihamları qəbul etməyib. Hətta Rəzzak, maliyyə məsləhətçiləri tərəfindən aldadıldığı fikrini müdafiə edib.
Rəzzakın hakim qarşısında olarkən mənimsənilmiş pulların fonda qaytarılması üçün heç bir cəhd göstərmədiyi deyilir.
Nəcib Rəzzak baş nazir olduğu 2009-cu ildə ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün 1 MDB-ni (Malaysia Development Berhad) təsis edib. 2015-ci ildə 681 milyon dolların Rezzak tərəfindən mənimsənildiyi iddia edilib. Malayziyanın keçmiş Baş naziri isə öz növbəsində bu pulların Səudiyyə Ərəbistanı kralı Abdullah Bin Əbdüləzizin əmri ilə bir ianə edildiyini vurğulayıb.
Qeyd edək ki, həmin vaxt istintaqı aparan prokuror vəzifəsindən azad edildikdən sonra Baş nazir bəraət alıb. Amma istintaq 2018-ci ildə yenidən başladılıb.

DİGƏR XƏBƏRLƏR

Top