Ölən şəxsin kredit borcunu kim ödəməlidir? - EKSPERT RƏYİ


Bir neçə gün bundan əvvəl Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olan hərbçilərin borcları “Kapital Bank” tərəfindən silinib. Bankın atdığı bu addım ictimaiyyət və sosial şəbəkələrdə təqdirəlayiq qarşılanıb.

Bəs görəsən banklar hansı hallarda ölən şəxsin borcunu silə bilər? Sözügedən sualla bağlı iqtisadçı ekspert Rəşad Həsənova müraciət etdik. Onun sözlərinə görə, müqavilə şərtlərindən asılı olaraq ölən şəxsin sığortası varsa banka həmin borcu sığorta şirkəti ödəyir.
Ekspert bildirir ki, banklar təbii fəlakətlər, ciddi devalvasiyalar baş verdikdə öz qərarı əsasında borcları silə bilər.

DİGƏR XƏBƏRLƏR

Top