Dünyada son 24 saatda olan koronavirus statistikası


Dünya miqyasında son 24 saat ərzində koronavirusa yoluxanların sayı 16 milyon 536 min, dünyasını dəyişənlərin sayı 654 min 89, sağalanların sayı isə 10 milyon 127 min nəfər olub.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, pandemiyadan ən çox əziyyət çəkən ölkələr siyahısında yenə də ABŞ liderlik edir. Belə ki, ölkə üzrə ümumilikdə koronavirusa yoluxanların sayı 4 milyon 433 min 410, dünyasını dəyişənlərin sayı isə 150 min 444 nəfər olub. 2 milyon 101 min nəfər sağalıb.
ABŞ mətbuatı, Ağ Evin Milli Təhlükəsizlik Müşaviri Robert Obrienin COVID-19-a yoluxduğunu bildirib.
Dərman firması “Moderna” və ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu ilə birgə hazırladığı 3-cü və son mərhələdəki peyvəndlərin iki dozada olmaqla könüllülər üzərində sınaqlarına başlayıb.
Pandemiyanın mərkəzi sayılan Latın Amerikası ölkəsi Braziliyada koronavirusa yoluxanların sayı 2 milyon 446 min 397, dünyasını dəyişənlərin sayı isə 87 min 737 nəfərə çatıb. 1 milyon 634 min 274 nəfər sağalıb.
Hindistanda son 24 saat ərzində koronavirusa yoluxanların sayı 1633 artmaqla, 1 milyon 484 min 136, ölənlərin sayı isə 13 nəfər artmaqla 33 min 448 nəfərə çatıb. 954 min 4 nəfər sağalıb.
Rusiyada son olaraq koronavirusa yoluxanların sayı 818 min 120, ölənlərin sayı isə 85 nəfər artaraq 13 min 354 nəfər qeydə alınıb. 603 min 329 nəfər sağalıb.
İngiltərədə son olaraq koronavirusa yoluxanların sayı 300 min 111, ölənlərin sayı isə 45 min 759 nəfər qeydə alınıb.
İranda son olaraq koronavirusa yoluxanların sayı 293 min 606, ölənlərin sayı isə 15 min 912 nəfər olduğu bildirilib. 255 min 144 nəfər sağalıb. İran hökumət sözçüsü Əli Rəbiinin koronavirusa yoluxduğu bildirildi.
Pakistanda son olaraq koronavirusa yoluxanların sayı 926 nəfər artmaqla 275 min 225, ölənlərin sayı isə 23 nəfər artmaqla, 242 min 436 nəfər olub.
İtaliyada son olaraq koronavirusa yoluxma sayı 246 min 118, ölənlərin sayı isə 5 nəfərin artması ilə 35 min 107 nəfər qeydə alınıb. 198 min 446 nəfər sağalıb.
Ukraynda son olaraq koronavirusa yoluxanların sayı 65 min 656, ölənlərin sayı isə 1616 nəfər qeydə alınıb.
Türkiyədə son olaraq koronavirusa yoluxanların sayı 227min 19, ölənləri sayı isə 5630 nəfər qeydə alınıb.
Belçikada COVID-19-a yoluxanların sayının sürətlə artması hökumətin yeni tədbirlərə əl atmasına səbəb olub. Bir ailə 4 həftə ərzində sosial çərçivədə cəmi 5 nəfərlə görüşməsinə izin veriləcək. Riskli yerlərdən tətildən gələnlər COVID-19 testdən keçiriləcəklər.
Almanyada da pandemiyanın yayılmasının qarşısını almaq üçün riskli yerlərdən tətildən gələnlər COVID-19 testi etdirmək məcburiyyətindədir.
Serbiya Respublikasının prezidenti Radovan Viskoviç COVID-19-a qalib gəldiyini açıqlayıb.
Liviya COVID-19-a görə 4 aydan çoxdur təxirə salınmış uçuşlarını bərpa edib. Belə ki, yenidən ilk uçuş Türkiyəyə edilməklə başlanıb.
Əlcəzairdə paytaxta giriş-çıxış yalnız izinlə mümkün oldu.

DİGƏR XƏBƏRLƏR

Top