Yasamaldakı gölün qurudulması işi yenidən başlayıb? - VİDEO


Bakı şəhərinin Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində, “Tri koronı” (“Üç tac”) yaşayış kompleksinin yaxınlığında yerləşən gölün qurudulması ilə bağlı bu gün səhərdən yenidən iş başladığı iddia olunur.
Yeniavaz.com
xəbər verir ki, bu haqda "yenisabah"-a həmin ərazidə yaşayan sakinlər məlumat verib.
Bildirilir ki, bu gün səhər saatlarından ərazidə yenidən ağır texnika ilə iş başlayıb.
Sakinlərin sözlərinə görə, ölkədə su böhranının yarandığı bir vaxtda gölün qurudulması böhranı daha da dərinləşdirməyə xidmət etməkdir.
Xatırladaq ki, bir neçə gün əvvəl də həmin gölün qurudulması işi davam etdirilmişdi. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə edilən şikayətdən sonra nazirliyin tələbi ilə ərazidə tikinti işləri dayandırılmışdı.
Maraqlıdır ki, iyulun 19-da Yasamal rayon İcra Hakimiyyəti “Tri Koronı” kimi tanınan binaların yaxınlığında heç bir tikinti işləri aparılmadığı barədə xüsusi açıqlama yaymışdı:
“Ərazi abadlaşdırılır, tullantılardan təmizlənir. Bəzi media orqanlarında iddia olunduğu kimi, heç bir inşaat yoxdur, göl qurudulmur”.

DİGƏR XƏBƏRLƏR

Top