Bakıda 4 yaşlı uşaq qaynar süd qazanına düşərək ölüb

Bakıda 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə iyulun 27-də saat 13.00 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində qeydə alınıb.
Belə ki, paytaxt sakini, 2016-cı il təvəllüdlü Elmir Gülməmmədov yaşadığı evdə qaynanan süd qazanında düşüb.
Sonra uşaq yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top