İsraildə bir sutkada 1817 nəfər koronavirusa yoluxub


İsraildə son sutka ərzində yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 1817 nəfər artaraq ümumilikdə 63 581-ə çatıb. Həmçinin eyni diaqnozdan 6 nəfər ölüb, ölənlərin ümumi sayı 474 olub.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hazırda İsraildə 35 982 koronaviruslu xəstə var, onlardan 310 nəfəri ağır vəziyyətdədir, daha 96 nəfər isə süni tənəffüs aparatına qoşulub.
 
Bununla yanaşı, 27 125 nəfər müalicə olunaraq sağalıb.//APA
 

DİGƏR XƏBƏRLƏR

Top