Su kanalında batan şəxsin axtarışlarına dalğıclar cəlb olunub


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonunun Beşdam kəndi ərazisindən keçən hissəsində 2014-cü il təvəllüdlü Muradova Mülayim Dövlət qızının batması barədə məlumat daxil olub.

Yeniavaz.com FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top