Tom Henks və həyat yoldaşı rəsmi olaraq Yunanıstan vətəndaşı oldu


Amerikalı aktyor Tom Henks və yunan əsilli həyat yoldaşı Rita Uilson rəsmi olaraq Yunanıstan vatandaşı olub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstanın Baş naziri Kiryakos Miçotakis, instagram səhifəsində əllərində Yunanıstan pasportu olan cütlüklə çəkilən fotolarını paylaşıb.
Yunanıstan prezidenti Prokopis Pavlopulos, Henksin ölkənin və yunan mədəniyyətinin tanıdılımasında böyük rolu olduğu üçün keçən il cütlüyə fəxri vətəndaşlıq verib.
Qanuna əsasən, rəsmi vətəndaş olmaq üçün cütlük və övladları bir il içərisində and içməli idilər.
Daxili işlər naziri Takis Teodorikos, ulduzun 2018-ci ilin iyul ayında Attikada 100-dən çox insanın həyatını itirdiyi meşə yanğınları vaxtı baş verənləri dünya mətbuatına çatdırmaqda böyük əmək sərf etdiyini deyib. Yay aylarını Antiroposdakı evində keçirən məşhurun ölkənin tanınmasında rolu olduğunu da qeyd edib.
64 yaşlı Tom və anası yunan olan 63 yaşlı həyat yoldaşı Rita Yunanıstandan və ölkənin ictimaiyyətindən bəhs edən serialın istehsalınada da yaxından köməklik edib.
1998-ci ildə Uilsonla evləndikdən sonra pravoslavlığı qəbul edən Tom Henks, bu ilin əvvəlində Qızıl Qlobus Mükafatlandırma mərasimində Yunanıstan üçün, "Yunanıstan cənnətdir. Bütün dünyanı gəzdim. Ən gözəl yerlərə getdim. Ancaq heç biri Yunanıstana bənzəmir" sözləri istifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top