Ərəb ölkələrində COVID-19-a yoluxan və ölənlərin sayı artıb


Ərəb ölkələrində COVID-19-dan dünyasını dəyişənlərin sayı İraqda 4362, Misirdə 4606, Əlcəzairdə 155 min, Mərakeşdə 313, Liviyada 60, Fələstində 79, Qətərdə 165 nəfərə çatıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Tunis və İordaniyada da yoluxma hallarında artım olub.
İraq Səhiyyə Nazirliyinin yazılı açıqlamasında, ölkədə 2459 nəfərin yeni növ koronavirusa yoluxduğu bildirilir.  Ümumilikdə 110 min 32 yoluxma halı qeydə olunub. 75 min 217 nəfər sağalıb.
Misir Səhiyyə Naziriliyinin verdiyi açıqlamada, ölkədə daha 48 nəfərin COVID-19-a yoluxduğu  bildirlib. Ümumilikdə 92 min 62 yoluxma halı qeydə alınıb. 33 min 831 sağalıb.
Əlcəzair Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, koronavirus səbəbiylə ölkədə 9 nəfərin daha öldüyü bildirilib.  Ümumilikdə 27 min 357 yoluxma halı qeydə alınıb. 18 min 471 nəfər sağalıb. Əlcəzairdə COVID-19-la mübarizə çərçivəsində yalnız xüsusi icazəsi olanların paytaxta giriş-çıxışına izin verilir.
Mərakeş Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, koronavirus səbəbiylə 8 nəfərin daha öldüyü bildirilib. Ümumilikdə 20 min 278 yoluxma halı qeydə alınıb.
Liviya Xəstəliklərə Qarşı Mübarizə Mərkəzinin yazılı açıqlamasına görə, ölkədə koronavirus səbəbindən daha 2 nəfərin öldüyü bildirilib. Ümumilikdə 2669 yoluxma halı qeydə alınıb. 553 nəfər sağalıb.
Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, ölkədə koronavirus səbəbindən 1 nəfərin öldüyü bildirilib. Ümumilikdə 13 min 125 yoluxma halı qeydə alınıb. 4726 nəfər sağalıb.
Qətər Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, ölkədə koronavirus səbəbindən 1 nəfərin daha dünyasını dəyişib. Ümumilikdə 109 min 305 yoluxma halı qeydə alınıb. 106 min 24 nəfər sağalıb.
Tunis Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, ölkədə ölüm halının qeydə alınmadığı bildirilib. Koronavirus səbəbindən 50 nəfər dünyasını dəyişib. Ümumilikdə 1452 yoluxma halı qeydə alınıb. 142 nəfər sağalıb.
İordaniya Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, ölkədə ölüm halının qeydə alınmadığı bildirilib. Koronavirus səbəbindən 11 nəfər dünyasını dəyişib. Ümumilikdə 1168 yoluxma halı qeydə alınıb. 1057 nəfər sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top