Yeni Təhsil nazirinin "TEDx" çıxışı: "Nyu-York, vətənpərvərlik, dolma və s…" – VİDEO


Yeni Təhsil naziri Emin Əmrullayevin 2013-cü ilin fevral ayında “TEDx” (ing.Technology Entertainment Design - Texnologiya, Əyləncə, Dizayn) konfransında çıxış etdiyi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, o bu çıxışı zamanı tələbəlik illərindən, müxtəlif dövrlərdəki düşüncə tərzindən və özfəaliyyətindən bəhs edib. Həmin çıxışın görüntülərini təqdim edirik:
Qeyd edək ki, “TEDx” 1984-cü ildən keçirilən illik konfransları ilə tanınan, şəxsi qeyri-kommersiya fondudur. İntellektual konfransın məqsədi unikal ideyaları paylaşmaqdan ibarətdir.
Xatırladaq ki, Prezident İlham Əliyevin iyulun 27-də imzaladığı sərəncamla Emin Əmrullayev Təhsil naziri təyin olunub. 1982-ci il təvəllüdlü Emin Əmrullayev buna qədər Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri olub.

DİGƏR XƏBƏRLƏR

Top