
Mersinin Mut rayonunda Kiprə gedən əsgərlərin olduğu avtobusun aşması nəticəsində 5 türk əsgəri şəhid olub.
Yeniavaz.com Türkiyə mətbutına istinadən xəbər verir ki, mülki avtobusun sürücüsü də qəzada dünyasını dəyişib. 10 nəfəri ağır olmaqla 26 əsgər yaralanıb.
Əyləci sıradan çıxmış avtobus dərəyə yuvarlanıb.
Mersin valiliyindən verilən məlumata görə ağır yaralanmış 10 əsgər Mut Dövlət Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, Milli Müdafiə naziri Hulusi Akar və Quru Qoşunları komandanı Ümid Dündar hadisə yerinə gedib.
Tətbiqimizi yükləyə bilərsiniz