Gömrük Komitəsi adları məlum olmayan bu şəxsləri axtarır - VİDEO

Gömrük orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri də qaçaqmalçılıq hallarının qarşısının alınması, xarici ticarət fəaliyyətinin mövcud  qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsinə nəzarətdir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda qeyd edilib.
Gömrük orqanları tərəfindən xarici ticarət fəaliyyəti zamanı aşkarlanan qanun pozuntuları hərtərəfli şəkildə araşdırılır, gömrük sahəsində hüquqpozmalara yol verənlər məsuliyyətə cəlb olunur və bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.

Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində hələlik adları istintaqa məlum olmayan, aşağıdakı video və fotoda gördüyünüz şəxslərin gömrük qanunvericiliyinin tələblərini ciddi şəkildə pozduğu müəyyən edilib, lakin onlar məsuliyyətdən yayınmağa müvəffəq olublar. Həmin şəxsləri tanıyanların Dövlət Gömrük Komitəsinə məxsus aşağıdakı telefon nömrələrinə zəng edərək məlumat vermələrini xahiş edirik.

DİGƏR XƏBƏRLƏR

Top