"Bu vəziyyətdə payıza-qışa girsək çox faciəvi bir ssenari yaşaya bilərik" - ATU-nun şöbə müdiri


"Əgər bu vəziyyətdə payıza-qışa girsək çox faciəvi bir ssenari yaşaya bilərik! İnsanların mütləq şəkildə dənizə, açıq tipli istirahət mərkəzlərinə getməsi təmin edilməlidir!".
Yeniavaz.com xəbər verir ki, bu sözləri feyzbuk hesabında ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib. Həkim bildirib ki, avqust ayının 1-dən etibarən bütün açıq tipli istirahət mərkəzləri, dəniz, rayonlara gediş-gəliş, rayonlardakı gözəl istirahət mərkəzləri antiepidemik qaydaları qorumaq şərtilə açılmalıdır: "Millət bu il yay görmədi! Dəniz, təbiət, rayonlarımızdakı gözəl gözəl istirahət mərkəzləri insanları daha sağlamlaşdıracaq, immuniteti gücləndirəcək və xəstəliklərə qarşı orqanizmi daha dözümlü edəcək!".

DİGƏR XƏBƏRLƏR

Top