ABŞ-ı hanna vurdu


ABŞ-da hanna qasırğası nəticəsində zərər görmüş Texas ştatına sel xəbərdarlığı edilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzi tərəfindən verilən məlumata görə, qasırğa Texasın cənubu və Meksikanın şimalında güclü yağışlara səbəb ola bilər. Sel sularının təxminən yarım metrə kimi qalxacağı xəbərdarlığı edilib.
Ştatın cənubunda 180 mindən çox insan işıqsız qalıb. Otellər və məktəblər sağınacaq yeri olaraq hazırlanıb.
Texas valisi Qreq Abbott, yeni növ koronavirusa yoluxma hallarının sürətlə artdığı və xəstəxanalarda yer çatışmazlığı problemi yarandığını diqqətə çatdıraraq qasırğanın xəstəliyi daha da artırmaması üçün lazımlı tədbirləri alacaqlarını deyib.

DİGƏR XƏBƏRLƏR

Top