Ermənilər işğal etdiyi Azərbaycan ərazilərində yenidən yanğın törədib


Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında yenidən yanğın törədib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, yanğın Ağdamın işğal altındakı Şahbulaq kəndi ərazisində müşahidə olunur.
Yanğının tüstüsü cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrindən görünür.Qeyd edək ki, işğalçı Ermənistan ordusu nəzarəti altında olan Azərbaycan ərazilərində mütəmadi yanğınlar törədir.

DİGƏR XƏBƏRLƏR

Top