Baş Nazir Anar Məmmədovu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM


Nazirlər Kabinetində yeni təyinat olub.

Yeniavaz.com xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, Anar Məmmədov Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.

Qeyd edək ki, Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri vəzifəsi boş idi. 

DİGƏR XƏBƏRLƏR

Top