Putin Zelenski ilə telefonda danışıb

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Yeniavaz.com "tass" informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, dövlət başçıları Ukraynadaxili böhranın nizama salınması ilə bağlı müxtəlif məsələləri müzakirə ediblər. Putin və Zelenski Donbasdakı təmas xəttində atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək üçün əlavə tədbirlər barədə razılığa gəliblər.

DİGƏR XƏBƏRLƏR

Top