Quba rayonunda 66 yaşlı kişi süni göldə batıb.
Yeniavaz.com bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-nin “112” qaynar telefon xəttinə Quba rayonunun Vəlvələ kəndində, süni göldə 1954-cü il təvəllüdlü Quliyev Surəddin Heydər oğlunun batması barədə məlumat daxil olub.
S.Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq göldən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Tətbiqimizi yükləyə bilərsiniz