Məşhur fotbolçunun qardaşı “Qarabağ”a transfer edildi - FOTO

Ağdamın “Qarabağ” klubu növbəti transferini reallaşdırıb. 

Yeniavaz.com xəbər verir ki, bu barədə klubun rəsmi “Facebook” hesabında məlumat paylaşılıb. Məlumata görə, “Qarabağ” serbiyalı Uroş Matiçlə müqavilə bağlayıb. 

30 yaşlı yarımmüdafiəçi 8 nömrəli formanı geyinəcək. Onunla 3 (2+1) illik müqavilə imzalanıb.

Qeyd edək ki, Uroş Matiç məşhur serbiyalı futbolçu Nemanya Matiçin qardaşıdır. 

Danimarkanın “Kopenhagen” klubuna məxsus U.Matiç bundan əvvəl “Apoel”də icarə əsasında forma geyinib və keçən il avroliqada “Qarabağ”a qarşı matçda oynayıb.

DİGƏR XƏBƏRLƏR

Top