Emre Belözoğlu karyerasını bitirib


Türkiyə millisinin sabiq futbolçusu Emre Belözoğlu karyerasını başa vurub.

Türkiyə Super Liqasının XXXIV turu “Fenerbahçe”da çıxış edən 40 yaşlı hücumçu üçün son matçla əlamətdar olub.

Komandasının “Rizespor”la ev matçına çıxan veteran futbolçu 3:1 hesablı qələbəyə vurduğu qolla töhfə verib. Penaltini dəqiq yerinə yetirən Emre bu qarşılaşma ilə futbolçu karyerasını bitirib.

O, 64-cü dəqiqədə əvəzlənərək yaşıl meydanlara vida edib. Yarımmüdafiəçi yerini 16 yaşlı Ömer Faruk Beyaza verib.

Qeyd edək ki, Emre karyerası ərzində “Qalatasaray” (1996-2001), İtaliya “İnter”i (2001-05), İngiltərə “Nyukasl”ı (2005-08), “Fenerbahçe” (2008-12, 2013-15, 2019-20), İspaniya “Atletiko”su (2012-13), “Başakşehir” (2015-19) klublarında oynayıb. O, 1994-cü ildən Türkiyənin müxtəlif yığmalarında, 2000-ci ildən əsas millisində çıxış edib. “Ay-ulduzlular”ın heyətində 101 matça 9 qol vuran yarımmüdafiəçi DÇ-2002 və AVRO-2008-in bürünc mükafatçısı olub. Emre klub karyerasında iki dəfə UEFA Superkuboku, bir dəfə UEFA kubokuna yiyələnib. Oynadığı komandalarla Türkiyədə 6 çempionluq, 5 kubok və 3 Superkuboka, İtaliyada ölkə kubokuna sahib çıxıb.

//APA

DİGƏR XƏBƏRLƏR

Top