Reanimasiyada olan koronavirus xəstələrinin sayı azalıb - STATİSTİKA


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 25-nə olan statistik göstəriciləri açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, məlumata əsasən hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 313 nəfərdir. Qeyd edək ki, dünən reanimasiyada olanların sayı 335 nəfər idi. Hazırda ölkədə 7143 nəfər aktiv koronavirus xəstəsi var, onalardan 76 nəfər isə süni tənəffüs cihazındadır.

Bu gün 8433 test aparılıb. Ümumilikdə aparılan testlərin sayı 676 252-yə çatıb.

Xatırladaq ki, Azərbaycanda bu gün 321 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 8 nəfər vəfat edib.

 

DİGƏR XƏBƏRLƏR

Top