Bakı sakini qaçırdığı avtomobillə saxlanıldı


İyulun 23-də Bakı şəhər sakini S. Məlikova məxsus "Hyundai" markalı avtomobilin Xətai rayonu ərazisindən qaçırılması barədə 35-ci Polis Bölməsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R. Rzayev Qala qəsəbəsi ərazisində avtomobili idarə edərkən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top