Bu gün daha bir həkim koronavirusdan vəfat etdi - FOTO


Azərbaycanda daha bir həkim koronavirusdan dünyasını dəyişib. 
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. 
Bildirilib ki, 5 saylı poliklinikanın həkimi Təranə Quliyeva COVID-19-a yoluxub. 
Müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb. 
Qeyd edilib ki, Təranə Quliyeva akademik Ələddin Quliyevin qızıdır.
Xatırladaq ki, bu gün həkim-ginekoloq Valiyə Peykərin də koronavirusdan dünyasını dəyişməsi ilə bağlı xəbər yayımlamışdıq.
Bununla da Azərbaycanda koronavirusdan ölən həkimlərin sayı 26 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top