Sidneydə cümə namazından sonra şəhidlərimizin ruhuna dualar oxunub - FOTOLAR+VİDEO


Avstraliyanın Sidney şəhərində fəaliyyət göstərən Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətinin təşəbbüsü ilə məscidə cümə namazına gələnlərə Azərbaycan həqiqətləri çatdırılıb. 
Yeniavaz.com
xəbər verir ki, sözügedən maarifləndirmə xarakterli toplantı ötən gün cümə namazından sonra həyata keçirilib. Toplantının təşkilatçısı Avstraliyada yaşayan həmyerlimiz, Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətinin başqanı İmaməddin Qasımov olub. 
Ölkə pandemiya şəraitində olduğundan çox insanın bir yerə toplanmasına izin verilmir. Bu səbəbdən də həmyerlilərimiz cümə namazına toplaşdıqdan sonra təşəbbüslərini daha rahat şəkildə həyata keçiriblər. 
Məscidin həyətində yığışan həmyerlilərimizin əllərində Azərbaycan bayraqları olub. Eyni zamanda Tovuz istiqamətində gedən döyüşlər vaxtı şəhid olmuş hərbçilərimizin şəkilləri də lövhə və masaların üzərində nümayiş etdirilib. 
Namazda şəhidlərimizin ruhuna dualar oxunub.
Qeyd edək ki, toplantı "Galli Poli" məscidi ətrafında keçirilib.






Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top