Azərbaycanda 90 yaşlı kişi koronavirusdan sağaldı - VİDEO

Sumqayıt şəhər 1 nömrəli xəstəxanaya çox ağır vəziyyətdə gələn daxil olan 90 yaşlı xəstə artıq karovirusdan sağalaraq evə buraxılıb.

90 yaşlı Əfqan Əsgərov vəziyyətinin pis olduğunu görərək xəstəxanaya müraciət edib. Həmin zaman məlum olub ki, o, COVID-19 virusuna yoluxub. 

16 gün ərzində müalicə alan yaşlı kişi artıq özünü yaxşı hiss etdiyini deyir.

Əfqan Əsgərovu müalicə edən və Rusiyadan dəvət olunan həkim Alim Hüseynov isə xəstənin qəbulu zamanı onun vəziyyətinin orta-ağır olduğunu deyib. Müalicələrdən sonra isə onun tam sağaldığını bildirir.

Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin müdiri Səkinə Sadıqova koronavirus xəstəliyinə qarşı ciddi tədbirlərin atıldığını bildirib. Şöbə müdiri qeyd edib ki, artıq sağalanların sayı yoluxanların sayını ötüb.

Hazırda Sumqayıt şəhərində koronavirusa yoluxanların sayı əvvəlki nəticələrə nisbətdə 2-3 dəfə azalıb. Dərman təminatı ilə bağlı isə xəstəxanalarda heç bir problem mövcud deyil. 

Sumqayıt Şəhər Səhiyyə şöbəsindən həmçinin bildirilib ki, iki ay ərzində xəstəxanalara 1477 pasiyent müraciət edib ki, onlardan 1077 nəfər artıq sağalaraq evə buraxılıb.


(Baku TV)

DİGƏR XƏBƏRLƏR

Top