Aya Sofyada imam minbərə qılıncla çıxıb – VİDEO


Xəbər verdiyimiz kimi, bu gün, statusu dəyişdirilən Aya Sofya məscidində ilk namaz baş tutub.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu zaman Türkiyənin Diyanət İşləri başqanı Əli Ərbaş xütbə zamanı minbərə qılıncla çıxıb.
Tarixən bir ölkə müsəlmanlar tərəfindən qılınc gücü ilə alınanda (fəth ediləndə) həmin ölkədə xütbə oxunanda imam minbərə fəthin simvolu olaraq qılıncla çıxırdı. Bu gün Aya Sofyada həmin adəti yaşadıblar. Qeyd edək ki, qılıncla minbərə çıxaraq xütbə oxumaq ənənəsi Osmanlı dövründə də olub. Bu zaman düşmənə qorxu, bütün dünyaya barış mesajı verilirdi. Hər nə qədər qılınca xütbə oxunsa da sol əldə daşınması barışı təmsil edir, dost və düşmana qarşı “qılınc sol əldədir və biz barışı təmsil edirik” mesajı verilirdi.

DİGƏR XƏBƏRLƏR

Top