"Xaricdəki səfirlərimizin 70 faizini götürüb atmaq lazımdır" – Aqil Abbas


"Hökumət həmin ölkənin səfirini burada çağırıb yaxasından yapışıb, başını divara vurmalıdır ki, sizin ölkədə bu hadisələr olur, nə tədbir görürsünüz, sizin ölkə nə iş görür?".
Bu sözləri xaricdə ermənilərin soydaşlarımıza qarşı törətdikləri vəhşiliklər barədə Yeniavaz.com-a açıqlama verən Millət vəkili Aqil Abbas deyib.
O bildirib ki, həmin ölkələrdəki soydaşlarımız da məsələni hüquqi müstəviyə keçirməlidirlər:
"Hökumət həmin ölkənin səfirini burada çağırıb yaxasından yapışıb, başını divara vurmalıdır ki, sizin ölkədə bu hadisələr olur, nə tədbir görürsünüz, sizin ölkə nə iş görür? Xaricdəki soydaşlarımız da mənə elə gəlir ki, hüquqi müstəviyə keçməlidirlər, bir yerdə olmalıdırlar və bu adamlar cəzalandırılmalıdır. Məndə olan rəsmi məlumata görə Azərbaycanda Xarici İşlər Nazirliyi var. Həmin o Xarici İşlər Nazirliyi, çağırmalıdır həmin ölkələrin səfirlərini, necə ki, dünən Amerikanın səfirini çağırmışdılar. Hökumət bir-bir həmin ölkələrin səfirlərini çağırıb yaxasından yapışmalıdır və deməlidir ki, ölkəniz bu tədbirləri görməsə səni arzuolunmaz şəxs elan edəcəyik. Yəni məsələyə bir az ciddi yanaşmalıdırlar. Həmin ölkələr də onunla bağlı tədbir görməlidirlər. İndi siz fikirləşin, Azərbaycanda camaat yığışıb Amerikadan buraya gələn turistləri döysə, bilirsiniz nə olar, “Amerika şalvarını başına keçirər”. Bizim xaricdəki səfirliklərimiz daha çox öz işləri ilə məşğuldurlar, biznes-zad qururlar, hamısına aid deyil. Necə olur, Los-Ancelesin konsulu 50-60 uşağı çağırır 3 min 500 adamın qabağına, sonra da qapını bağlayır. Yaxud da Amerikadakı səfirimiz nə iş görüb bu hadisə ilə bağlı, desinlər, bilək. Həmçinin də Belçikadakı səfirimiz. Yoxsa tək-tək adam tut döy, qəhrəman olaq, saytlara verək ki, görürsən necə döydük? Qarabağ davasını keçiriblər küçə davasına".
Deputat həmçinin bildirib ki, xaricdəki səfirlərimizin 70 faizi tutduqları vəzifədən uzaqlaşdırılmalıdırlar:
"Bununla hökumət ciddi məşğul olmalıdır, xüsusilə də Xarici İşlər Nazirliyimiz və xaricdəki səfirlərimiz. Ümumiyyətlə xaricdəki səfirlərimizin 70 faizini götürüb atmaq lazımdır qırağa. Bu mənim şəxsi fikrimdir. Biznesinizi qazanmısınız, qalın xaricdə, necə ki, Arif Məmmədov və digərləri qaldı. Qalın orada kef edin, amma daha çıxın rədd olun. Qoyun yerinizə ləyaqətli insanlar, səfirlər, konsullar gəlsin”.
Qeyd edək ki, son günlərdə ermənilər Azərbaycanın Belçikadakı səfirliyi qarşısında etiraz aksiyası keçirərkən REAL televiziyasının əməkdaşı Xatirə Sərdarqızına və Brüseldəki soydaşlarımızdan ikisinə ciddi xəsarət yetiriblər. Bundan başqa Azərbaycanın Los Anceles şəhərindəki Baş Konsulluğunun binasının önündə ermənilərin sayca özlərindən dəfələrlə az həmvətənlərimizə hücum etmiş və 7 nəfər ağır xəsarət almışdı.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top