Həkim Əmrah Fəqanoğlunun vəziyyətindən danışdı


İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) koronavirusa yoluxan böyük redaktoru Əmrah Fəqanoğlunun vəziyyəti stabil-ağır olaraq qalır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə oxu.az-a onun müalicə aldığı “Yeni Klinika” tibb müəssisəsindən məlumat verilib.
Klinikadan bildirilib ki, Ə.Fəqanoğlunun vəziyyətində ciddi dəyişiklik müşahidə edilmir: “Vəziyyəti ağırdır. Süni tənəffüs cihazına qoşulu vəziyyətdədir. Xəstə ağır sepsis vəziyyətindədir. Hazırki vəziyyətdə xəstəliyin gedişatı barədə hər hansı fikir söyləmək üçün çox tezdir”.
Xatırladaq ki, Əmrah Fəqanoğlu iyulun 18-də “Yeni Klinika” tibb müəssisəsinə yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top