Erməni qadın: "Nə qədər ağrılı olsa da, erməni millətində əclaflar, qeyri-insanlar var..." - FOTO

Xəbər verdiyimiz kimi bu gün Belçikada bir azərbaycanlı gənc 6-7 erməni tərəfindən vəhşicəsinə döyülüb. İnternet üzərindən canlı yayımla cinayətlərini yayan ermənilərin bu hərəkəti öz həmyerliləri tərəfindən də tənqidə səbəb olub. Yeniavaz.com xəbər verir ki, Lusine Yan adlı "facebook" istifadəçisi ermənilərin bu hərəkətinə görə utandığını və azərbaycanlı gəncdən üzr istədiyini bildirib:

"Nə qədər ağrılı olsa da, erməni millətində zəif düşüncəli axmaqlar, əclaflar, qeyri-insanlar var... necə istəyirsiniz adlandırın. Bu videoda on nəfər qanlı üzünü ayaq zərbələrindən gizlətməyi çalışan bir gənc azərbaycanlını döyürlər, o isə sadəcə "bu kişilik deyil" deyir!
Mən şəxsən bütün millət adından bu oğlandan üzr istəyirəm. Bağışla"

DİGƏR XƏBƏRLƏR

Top