Bakıda dörd azyaşlı qız itkin düşüb

Ötən gün ərzində Daxili İşlər Nazirliyinin paytaxt şöbələrinə dördü yeniyetmə olmaqla, beş nəfərin itkin düşməsi ilə bağlı məlumat daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından xəbər verilib.
2005-ci il təvəllüdlü Xəzər rayonunu Qala qəsəbə sakini Fatimə Abdulova iyulun 22-də, saat 16.00 radələrində evdən çıxıb və geri qayıtmayıb. Onun həmyaşıdı, Suraxanı rayonunun Hövsan qəsəbə sakini Diana Kiriyeva da həmin gün, saat 14:00 radələrində itkin düşüb.
Sabunçu rayonunun Maştağa qəsəbəsində eyni ailənin üç üzvü - 1978-ci il təvəllüdlü Təranə Əliyeva, həmçinin qızları – 2014-cü il təvəllüdlü Güləsər və 2010-cu il təvəllüdlü Tanar evdən çıxıb və geri qayıtmayıblar.
Hazırda rayon polis şöbələri onları axtarır.

DİGƏR XƏBƏRLƏR

Top