Ukraynada bu dəfə polis girov götürüldü


Ukraynada oğurluqda ittiham olunan şəxs saxlanılarkən polis əməkdaşını girov götürüb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxs polisi girov götürərkən əlindəki RQD-5 tipli əl bombasını partladacağı ilə polisləri təhdid edib.
Bundan sonra polislər geri çəkilmək məcburiyətində qalıb. O ətrafı qoxutmağa çalışdığı vaxt polis tərəfindən razılaşmaya dəvət olunub. Hücumçu həbs olunmağı rədd edərək, polislərin ondan uzaqlaşmasını və xüsusi maşın verilməsini tələb edib.
Hadisə Poltava vilayətinin Poltava şəhərində baş verib.
Xatırladaq ki, Ukraynada bir həftə ərzində ikinci girov götürülmə hadisəsi yaşanır. Bundan əvvəlki hadisə 2 gün əvvəl Lutsk şəhərində baş vermişdi. İçərisində xeyli sayda sərnişinin olduğu deyilən avtobusdakı girovlar, “Maksim ploxoy” ləqəbli terrorçuyla 12 saat danışıqlardan sonra azad ediliblər.

DİGƏR XƏBƏRLƏR

Top