Bill Qeyts koronavirus iddialarına cavab verdi


Bill Qeyts ilk dəfə korovirusla bağlı haqqında ortaya atılmış fikirlərə münasibət bildirib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, koronavirusun Bill Qeyts tərəfindən yaradılması ilə bağlı ittihamlar ABŞ-da TV proqramların birində səsləndirilib. İddihamı səsləndirən şəxs əvvəllər Trampın məsləhətçisi olmuş Rocer Stoun olub. O, TV proqramdakı çıxışında, “Bill Qeytsin korovirusun yaradılış və yayılma prosesində rol oynayıb-oynamaması mübahisəlidir" sözlərini istifadə etmişdi. Bill Qeyts isə öz növbəsində bu iddiaların haradan və nə vaxt çıxdığını bilmədiyini demişdi.
Bill Qeyts xanımı ilə birgə qurduqları vəqfin hazırlanan peyvənd vasitəsilə insanlara mikroçip yerləşdirməsi ilə bağlı iddiaları rədd edib.
O, virusun ABŞ-da sürətlə yayılmasının səbəblərindən birinin sosial şəbəkədə yalan məlumatların olması ilə əlaqələndirib. Qeyts, “Facebook” və buna bənzər platformaların COVID-19 haqqında yalan məlumatlarla mübarizə aparmaqda təsirsiz olduğunu dilə gətirib.
Koronavirusa qarşı aparılan mübarizə haqqındakı suala cavabı bir mənalı olmayıb. O, koronavirusu insanların həyatında ən böyük hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, 20 ildə bir qarşımıza çıxa biləcək belə viruslardan ölkələr indi dərs çıxararsa, gələcəkdə buna bənzər halla qarşılaşdıqda daha tez həll yolu tapa biləcəklərini deyib. O həmçinin bildirib ki, vaxtında lazımlı tədbirlər alınsaydı, indi triliyonlarla pulun xərclənməsinə ehtiyac qalmazdı.
Qeyd edək ki, “Bill & Melinda Qeyts” Vəqfi tərəfindən koronavirusla mübarizəyə dəstək üçün 300 milyon dollardan çox pul bağışlanıb.

DİGƏR XƏBƏRLƏR

Top