Çinin Vaşinqton səfirliyinə qarşı bomba təhdidi


Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq, Çinin Vaşinqtondakı səfirliyinə bomba xəbərdarlığı və ölüm təhdidi edildiyini iddia edir.

Yeniavaz.com “İHA”ya istinadən xəbər verir ki, Çunyinq, bunu ABŞ-ın nifrətinin nəticəsi kimi qiymətləndirir.
Səfirliyə zəng edən şəxsin ingilis dilində danışdığı və bomba xəbərdarlığını etdikdən sonra telefonu söndürdüyü deyilir.
ABŞ hökuməti, Vaşinqtondakı Çin Səfirliyi və Baş Konsulluğunda təhlükəsizlik tədbirlərinin artırıldığını bildirib.
Qeyd edək ki, ötən gün Çinin Hyustondakı Baş Konsulluğunda sənədlərin qutularda yandırıldığı iddia edilmişdi. Bundan sonra ABŞ, Çindən Hyustondakı Baş Konsulluğunu 72 saat ərzində bağlamasını istəmişdi.

DİGƏR XƏBƏRLƏR

Top