ABŞ-da növbəti etiraz aksiyası keçirilib – VİDEO


Xəbər verdiyimiz kimi, Ermənistanın təcəvüzkar əməllərinə son qoyması və Tovuza qarşı hücumuna etiraz əlaməti olaraq dünyanın bir sıra ölkələrində azərbaycanlılar etiraz nümayişləri təşkil edirlər.
Yeniavaz.com xəbər verir ki, ABŞ-da da həmyerlilərimiz bir neçə gündür etiraz aksiyaları keçirirlər. Növbəti aksiya Amerikanın Hyustan şəhərində baş tutub. Etiraz aksiyasında iştirak edənlər əllərində Azərbaycan və Türkiyə bayraqları tutaraq sakit şəkildə nümayişlərini davam etdirirlər. Aksiyada iştirak edənlər arasında azyaşlı həmvətənlərimiz də yer alıb. Küçələrdəki maşınların üzərinə də bayraqlarımız yerləşdirilib. Maşınlardan birinin üzərinə “Ermənistanın təcavüzünə son!” şüarı vurulub. Çəkiliş həvəskar kameralar tərəfindən qeydə alınıb.
Etiraz aksiyasında çəkilən videonu sizlərə təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top