Bakıda yük avtomobilində meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda avtomobil parkında dayanan “Volvo” markalı yük avtomobilindən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1977-ci il təvəllüdlü İqor Tasayeviçin meyitini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.